!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur bəstəkarla Mirəliyev arasında QALMAQAL: “Pula görə adam kişiliyi əldən verməz” - VİDEO

!Reklam – Yazi

Müğənni Əli Mirəliyevlə bəstəkar Ruslan Səfərli arasında qalmaqal yaşanıb.

Belə ki, Mirəliyevin bir müddət öncə söylədiyi “Ruslan bəstəkar deyil” sözlərindən əsəbiləşən Səfərli sənətçinin cavabını efirdə verməli olub.  Bəstəkar, “Əli Mirəliyev ağzına gələni danışır. Hətta Alim Qasımov haqqında da danışır. Efirdə pula, reytinqə xatir insanın kişiliyi əldən getməz. Peyğəmbərimiz buyurur ki, insan öləndə qəbirə təmiz getməlidir”, – deyə bildirib.

Mirəliyev Yenicag.az-a açıqlasında Ruslanın sözlərinə cavabı belə olub:

“Mən yenə də öz fikrimdə qalıram, o bəstəkar deyil. Mən onu tanımıram, heç bilmirəm onun rəngi ağdır, yoxsa qaradır… Efirə çıxıb deyirlər, Ruslan Səfərovun bəstələridir. Mən də dinləyib görürəm ki, hamısı ara mahnılarıdır. Əgər bəstəkardırsa, Canagir Cahangirov, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Gövhər Həsənzadə kimi hamnılar bəstələsin. Toy bazarına işləməsin. Alim Qasımov haqqında da öz fikrimdə qalıram. Bəli, 1992-ci ilə kimi oxuduğu mahnılara ağlamışam, o illərdən sonra isə dərviş kimi oxuyur”.

Müğənni bəstəkara, “Yekə adamsan, bəstəkarsansa, ara mahnıları yazma. Bax, gör bəstəkarlarımız necə bəstələyibsə, sən də elə yaz”, – deyə müraciət də edib.

“Kimdən pul almışam? Kim mənə pul verir ki? Nə reytinq, nə pul? Kişiliyin bura nə dəxli var”, – Bəstəkarın ittihamlarına əsəbiləşən Ruslan Səfərli belə cavab verib.

Qeyd edək ki, Ruslan Səfərov Ə.Mirəliyev haqqında bu sözləri “Həmin Zaur” verilişində səsləndirib.

Videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

5944
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv