Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məşhur hoteldə qeyri-qanuni işləyən RESTORAN - 25 nəfər cərimələndi - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı Ə.Rəcəbli küçəsində yerləşən “Altus” otelinin daxilində yerləşən restoranın karantin qaydalarını pozaraq gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, həmin obyektə gecə saatlarında keçirilən baxış zamanı fakt öz təsdiqini tapıb.

Orada karantin qaydalarını pozan 22 nəfər və “Altus” otelin icarədarı Ş.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar ümumilikdə 8400 manat cərimə ediliblər. Profilaktik tədbir zamanı karantin qaydalarını pozan obyektdə olan daha 2 nəfər polisin qanuni tələbinə əməl etmədiklərinə, eləcə də tabesizlik göstərdikləri üçün onlar barəsində tərtib edilmiş protokol və toplamış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

https://daytube.az/az/get_file/1/8bd6c23a08f67cdbf9a50ccc217f3bc8/118000/118637/118637_360p.mp4/

https://daytube.az/az/get_file/1/b71b24cfd07d33a6f78424ccb3b687b6/118000/118638/118638_360p.mp4/

www.yenicag.az

134
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100