Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Mario Çvitanoviç hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, o, evindən çıxarkən iki naməlum şəxsin hücumu ilə üzləşib. Bu barədə Zaqreb klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Mario hücum nəticəsində yaralanıb. Xəstəxanaya yerləşdirilən Çvitanoviçin çiyinlərinin qırıldığı məlum olub.
Polis artıq insidentlə bağlı araşdırmalara başlayıb. 42 yaşlı mütəxəssisi döyən üzü maskalı şəxslərin axtarışı davam edir.
Maraq üçün qeyd edək ki, bir müddət əvvəl klubun müşaviri Zdravko Mamiçə də oxşar hücum edilib.
www.yenicag.az