Məşhur meyxanaçı ağır xəstə olduğu üçün Almaniyaya aparılıb? - Mehman Əhmədli əsl səbəbi AÇIQLADI

media-hightechnic-468x90

“Ələkbər ağır xəstə deyil”.

Bunu həmkarı Ələkbər Yasamallının ağır xəstə olması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən tanınmış meyxanaçı Mehman Əhmədli Yenicag.az-a açıqlamasında deyib.

M.Əhmədli Ələkbərin Almayniyaya xəstə olduğu üçün getmədiyini bildirib və xaricdə olmasının səbəbini açıqlayıb.

“Ələkbər Almaniyaya getmişdi, səhhətində müəyyən problemlər olduğu üçün orada müayinə olunub. Ciyərlərində bir az narahatlıqları var, vəssalam. Yüngülvari müalicə alıb. Nə ağır xəstə? Onun Almaniyaya getməsi də heç xəstəliklə bağlı deyil. Almaniyadadır, həmin ölkədə yaşamaq hüququ almaq istəyir”.

Qeyd edək ki, Ələkbər Yasamallının ağır xəstə olması və Almaniyaya aparılması ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb.

Cəvahir Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa