Məşhur modelyer dünyasını dəyişdi

media-hightechnic-468x90

68776_srcDünyanın ən məşhur dizaynerlərindən biri dünyasını dəyişib.

Oskar de la Renta evində ölüb. 82 yaşlı modelyerin ölüm səbəbi bəlli olmasa da, onun illər öncə xərçəngdən əziyyət çəkdiyi bəllidir.

Amerikanın moda ikonası olan de la Renta Jaklin Kennedi, Laura Buş başda olmaqla bir çox birinci xanımı geyindirib.

Məşhur modelyer son olaraq aktyor Corc Kluninin yeni evləndiyi vəkil sevgilisi Amal Alamuddinin gəlinliyi ilə gündəmə gəlmişdi. De la Renta Hollivud ulduzlarının qırmızı xalı üçün müraciət etdikləri modelyerlər arasında olub.

1932-ci ildə doğulan modelyer ABŞ-dan öncə İspaniya və Fransada yaşayıb. O, Amerika moda sənayesinin inşikafında misilsiz xidmətləri olanlardan biridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600