“Səni ərimin yatağında”… – Qalmaqal

media-hightechnic-468x90

21Təranə Qumral və Nazənin canlı efirdə bir-birinə qarşı sərt sözlər işlədiblər

ANS TV-nin efirində canlı yayımlanan “Bazar səhəri” verilişində müğənni Təranə Qumralla həmkarı Nazənin arasında qalmaqal yaşanıb.

Müğənni Təranə Qumral bir gün öncə paytaxt restoranlarının birində münaqişə yaşadığı müğənni Nazəninin ünvanına deyinərək onun yeddi dəfə ərə getidiyini söyləyib. Daha sonra verilişdə müğənni Nazənin ilə canlı bağlantı yaradılıb. Və Nazənin Təranə Qumralı məhkəməyə verəcəyini deyib. Təranə Qumral isə onu sərt ifadələrlə cavab verərək “Sən indi də evli adamla kəbin kəsdirmisən” dedikdən sonra qalmaqal daha da qızışıb. Verilişin aparıjısı onları sakitləşdirməyə çalışıb.
Qalmaqal reklam fasiləsi nəticəsində dayandırılıb.

Veriliş canlı davam etdir. Az sonra Nazənin yenidən efirə qoşulub. O, Təranəyə deyib ki, Musa səndən başqa heç kimə lazım olmayan kişidir. Bundan sonra Nazənin Təranənin ünvanına”səni ərimin yatağında tutmuşam” kimi ittihamlar səsləndirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600