Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Məşhur narkobaronun milyonluq mülkləri satışa çıxarılır

Məşhur narkobaron “El Çapo” ləqəbli Xoakin Qusmanın Meksikanın ən güclü narkotik və cinayət şəbəkəsinin məskən saldığı Sinaloa bölgəsindəki Kuliakan şəhərində yerləşən dəyəri 19 milyon 430 min olan 6 ədəd mülkü auksionla satılacaq.

Milyon dollarlıq evlər

“Daily Mail” qəzetinin məlumatına görə, 127 min 287 ABŞ dolları dəyərində olan birmərtəbəli ev özünün sadə görüntüsü ilə nəzərləri cəlb edir. Lakin əslində bu ev Qusmanın digər özəlliklərinə nəzərən ən ilginc tarixə sahib olan evlərindən biridir. Mediada çıxan xəbərlərdə Meksikadakı hüquq-mühafizə orqanlarının 17 fevral 2004-cü ildə narkobaronu burada ələ keçirmək ümidi ilə evin metal zirehini qırdığı, ancaq El Çaponun nəhayət, bir həftə sonra tutulmasından öncə vanna otağının altında gizlədilmiş bir tuneldən qaçdığı yazılıb. Xəbərlərdə bildirilmişdi ki, bu hərbi əməliyyatın ardından məlum olub ki, həmin tunel vasitəsilə fərqi-fərqli 6 villaya getmək mümkündür.

Üçmərtəbəli, hovuzlu, lüks malikanələr

Meksikanın 11 milyon 224 min və 587 min dollar dəyərindəki ən bahalı evləri El Çapo tərəfindən ABŞ-da axtarışda olan oğlu Ovidio Qusman Lopezin anası Qriselda Lopez üçün alınıb. Məlumata görə, üçmərtəbəli lüks evin çoxlu sayda yataq otağı, arxa həyətində üzmə hovuzu var. Bayaq haqqında bəhs etdiyimiz həmin altı ədəd evin hamısı televizor şəbəkələri, paltaryuma və qurutma maşınları, mikrodalğalı sobalar və El Çapo tərəfindən istifadə edilən idman alətləri ilə təchiz edilib.

Meksikalı dövlət rəsmiləri bu həftənin sonunda həyata keçirilməsi planlaşdırılan auksiondan əldən edilən bütün gəliri Oaxaca əyalətinin qərbində yaşayan ehtiyacı olan ailələrə, məktəbə gedə bilməyən uşaqlara verməyi planladıqlarını bildiriblər.

Xatırladaq ki, zamanında “Forbes milyarderi” siyahısında yer alan və uzun müddət axtarışda olan Qusman, 2001-ci ildə Meksikadakı həbsxanaların birindən camaşır daşınan əl arabasında gizlənərək qaçmışdı. O, 2001-ci və 2015-ci illərdə Meksikada yerləşən və ən möhkəm qorunan həbsxanalardan qaçdıqdan sonra 2016-cı ilin yanvar ayında təkrar həbs edilərək ABŞ-a təhvil verilmişdi./Musavat.com/

www.yenicag.az

835