Məşhur şərab ŞİRKƏTİNİN SONU: Borc 745 min manata yüksəldi
Üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən “Naiqin-Ka Tovuz-Baltiya” şirkətin vergi borcu artıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, hazırda şirkətin borcu 745 min 333 manat 42 qəpik təşkil edir.
Şirkətin qanuni təmsilçisi və icraçı direktoru Rakif Tağıyev Musa oğludur. Təsisçi və baş direktor Naiq Məmmədhəsənov, rəhbərliyində isə onun qızı Günel Məmmədhəsənova da yer alır.
Qeyd edək ki, Günel Məmmədhəsənova “Tovuz-Baltiya” şirkətinin Fransadakı nümayəndəliyi olan “Azeri-Frans” MMC-nin baş direktorudur.
Xatırladaq ki, bir ay öncə şirkətin vergi borcu 363 min 827 manat 76 qəpik idi.