Yenicag.az Ölkə.Az-a istinadən bildirir ki, “Nömrə 1” supermarketlərində malların vitrindəki qiyməti ilə kassadakı qiymətləri uyğun gəlmir. Energetik içkinin qiyməti vitrində 0.85 AZN qeyd olunduğu halda, kassada 1 manata satılır. Belə olduqda isə 15 qəpik fərq ilə müştəriləri aldadırlar.