Kimdən hansı hədiyyəni gözləyirsiniz? – “Yeniçağ”ın 8 Mart SORĞUSU

media-hightechnic-468x90

8 Mart Beynəlxalq Qadınlar Günü xanımların bayramı olmaqla yanaşı, zərif cinsin nümayəndələrinə göstərilən xüsusi diqqət günüdür. Hər bir xanımın bu gözəl gündə gözü yolda, qulağı səsdə olur.

media-banner_tkm

Yenicag.az “Kimdən, hansı hədiyyəni gözləyirsiniz?” sualı ilə tanınmış xanımlara müraciət edib.

Aytəkin Mərdanova, aparıcı:

“8 Mart bayramını sevmirəm və artıq neçə illərdir ki, bu günü qeyd etmirəm. Bunun acı bir səbəbi var; atamın ölüm xəbərini məhz martın 8-də almışam. O gündən bu günə 8 Mart bayramı mənim üçün sanki dondurulub. Hər il bu gün mənim üçün səssiz-səmirsiz keçir. Amma yenə də doğmalarım, həyat yoldaşım, qardaşım və dostlarımdan hədiyyələr gəlir. Təki sağlıq olsun, Allahdan doğmalarıma və özümə hər zaman cansağlığı arzulayıram”.

Şölə Səfərəliyeva, Əməkdar artist, müğənni:

“Nəinki 8 Martda, elə hər gün hədiyyə gözləyirəm. Özü də təkcə bir adamdan yox. İstər rəfiqələrim olsun, istərsə də dinləyicilərim… Kiçik bir diqqət belə məni sevindirir. Qaldı ki, 8 Martda xüsusi birindən hədiyyə gözləmirəm, amma bilirəm ki, sevənlərim məni təbrik edəcəklər. Bu da məni çox ruhlandırır. Həmin günü səbirsizliklə gözləyirəm. Bütün xanımları ürəkdən təbrik edirəm”.

Rumiyyə Ağayeva, aktrisa:

“Mənim üçün bayramlar çoxdan aktuallığını itirib. Düzü, heç vaxt düşünməzdim ki, belə olacaq. İndi mənim üçün hər gün bayramdır. Gözləməyə gəlincə, İlahi qüvvədən xoş anlar diləyirəm. Telefonum xarab olub, hədiyyə edən olsa, əla olardı”.

Zülfiyyə Nəzər Məmmədova, aktrisa:

“Həyatımın ilk 8 Martıdır ki, artıq yenicə qurduğum ailəmdə keçirəcəyəm. Həyat yoldaşımdan sevgi dolu gül buketi və qızıl zinət əşyası gözləyirəm”.

Sehri Əliyeva, müğənni:

“8 Mart qadınlar bayramı münasibətilə başda anam olmaqla bütün xanımlarımızı ürəkdən təbrik edirəm. Xanımlarımıza sevib-sevilməyi arzu edirəm. Hamıdan hədiyyə gözləyirəm. Təbii ki, bütün xanımlar kimi, mən də bahalı hədiyyələri sevirəm. Əsas odur ki, xanıma dəyərli olduğunu hiss etdirən insan olsun. Əslində, onu həqiqətən sevən və dəyər verən varsa, bu onun üçün ən böyük hədiyyədir”.

Asya Atakişiyeva, aktrisa:

“8 Martda yalnız həyat yoldaşımdan hədiyyə gözləyirəm. O, mənim zövqümü bilir və hər zaman sürprizləri ilə məni sevindirir. Yəqin ki, bu bayram günündə də hədiyyəmi alacağam. Bir də çalışdığım Gənc Tamaşaçılar Teatrının Həmkarlar İttifaqı hər il ənənəvi olaraq bizi hədiyyə ilə təbrik edir. Yəqin, bu il də hədiyyəmiz olacaq”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05