Məşhur yarışmanın iştirakçısı qəzada öldü-Fotolar
Türkiyədə qandonduran hadisə yaşanıb. Yenicag.az xəbər verir ki, O ses Türkiyə yarışmasının bir vaxtlar iştirakçısı olan gənc oğlan yol qəzasında dünyasını dəyişib. Beləki, 30 yaşlı Kazım Orbay Cingöz və ailəsi Çanakkaleyə yola düşüblər. Orada bir qıza açiq olan gənc onunla nişanlanıb. Nişan mərasimindən sonra Kazım ailəsi ilə birgə Bodruma yollanıb. Avtomobili idarə edən gənc idarəetməni itirib və avtomobili yolun kənarındakı maneəyə çırpıb.
Nəticədə onun anası və atası hadisə yerində dünyalarını dəyişiblər. Yeni nişanlanan gənc isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onların cənazələri Adanaya gətirilərək torpağa tapşırılıb.
Məlumata görə, ailə 10 il bundan öncə azyaşlı övladını qəzada itirmişdi.
Qeyd edək ki, ölən gənc 2011 ildə O ses Türkiyə yarışmasının iştirakçısı olub.