Yaşadığımız dövrdə estetik və plastik əməliyyatlar çox məşhurdur. Demək olar ki, dünyaca tanınmış müğənnilər, hollivud ulduzlarından tutmuş evdar qadınlara kimi hər kəs sözügedən əməliyyatları icra etdirir. Hətta elələri var ki, biz onların estetik və ya təbii olub-olmamasını ayırd edə bilmirik.
Bəs həmin əməliyyatların ən çox dəyişdiyi məşhurlar hansılardır?
Yenicag.az 5 dünya ulduzunun estetik əməliyyatdan öncə və sonrakı halını təqdim edir.
Məşhur müğənni Ariana Qrande estetik və ya plastik əməliyyat etdirməsi barədə heç vaxt açıqlama verməyib. Lakin onun yeniyetməlik vaxtı və hal-hazırda olan görünüşü arasında qat-qat fərqlər var.
“Jlo” kimi də tanınan müğənni , dünya ulduzu Cennifer Lopez illər ərzində çox saylı prosedurlar keçirən məşhurlar arasındadır. Həmçinin CeyLo da əməliyyat etdirdiyini inkar edir.
Model Bella Hadid digərlərindən fərqli olaraq tamamilə dəyişib. İstər üz cizgiləri, istərsə də ümumi görünüşü olsun, keçmiş Hadiddən əsər-əlamət qalmayıb.
Qeyri-adi makiyaj tərzi ilə tanınan Leydi Qaqa da xeyli sayda bıçaq altına yatıb. Şəkillərdən bariz şəkildə görünür ki, o, burun, çənə, və qaş qaldırma əməliyyatı etdirib.
Son olaraq da Kardaşyan ailəsinin əməliyyatlara nə qədər düşkün olduğu hər kəsə məlumdur. Kim, Kloi, Kortni Kardaşyan və Kyli, Kendal Cenner bacıları – bir sözlə hamısı bıçaq altına yatıb.
Şahanə
www.yenicag.az