!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhurların karikaturasını çəkən rəssam kimdir?

!Reklam – Yazi

“Karikatura” təsviri sənətdə ictimai-siyasi və məişət mövzularında satirik və ya yumoristik rəsmin ən geniş yayılmış formalarından biridir. Karikaturaçı rəssam insan və ətraf mühiti tamaşaçıya gözlənilməz rakursdan təqdim etməyi bacarır. Bu gün dünyanın istənilən yerində həm ciddi olaraq tənqid olunan, həm də yüksək maraq və rəğbətlə qarşılanan karikaturalar var.

Yenicag.az məşhurların karikaturasını çəkən gənc rəssam Xi Ding haqqında məlumatı araşdırıb.

Məlum olub ki, Avstriyadan olan rəssam Xi Ding özünü üz dizayneri olaraq adlandırır. Əsasən, karikatura və müxtəlif simvollarda ixtisaslaşan bu adam, “photoshop”dan istifadə etməklə incə görüntülü illüstrasiyalar yarada bilir.

Böyük bir film pərəstişkarı olan Xi Ding, ondan bir spontan anı və ya səhnəni alır və xarakterini özünəməxsus animasiya şəklində təsvir edir. Onun karikaturalarında dünyanın ən məşhur simalarından olan Marilyn Monroe, Meghan Markle və Şahzadə Harry, Natalie Portman, Macaulay Culkin, Jason Momo, Tony Stark, Benedict Cumberbatch və başqalarının təsvirlərinə rast gəlmək olar.

Qeyd edək ki, rəssamın əl işləri ilə onun şəxsi “İnstagram” səhifəsində daha yaxından tanış ola bilərsiniz.

Tahirə Nur

 

www.yenicag.az

19428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv