“İnter Mayami” ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar.
Yenicag.az xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedən oyunda meydana çıxmamasıdır. Azarkeşlər məhz 38 yaşlı forvardın oynamamasına görə etiraz ediblər.
Bildirilir ki, onların əksəriyyəti biletləri məhz Messini izləmək üçün alıblar. Ona görə də fanatlar biletlərinin qiymətlərinin 50 faizi məbləğində təzminat alacaqlar.
Maraqlıdır ki, bu matça biletin minimum qiyməti 115 avro olub.
Xatırladaq ki, Messi zədə səbəbindən bu oyunda ehtiyatda qalıb.
www.yenicag.az