Messidən millidəki karyerası ilə bağlı açıqlama
Dünya çempionu Argentina millisinin kapitanı, Amerikanın “İnter Mayami” klubunun 38 yaşlı hücumçusu Lionel Messi millidəki karyerasını bitirməsi ilə bağlı sualı cavablandırıb.
Yenicag.az xəbər verir ki, ulduz futbolçu bu barədə hələ qərar vermədiyini deyib.
“Mən hələ də enerji və səbirsizəm. Addım-addım irəliləyirəm. Milli komandada karyeramı bitirmək barədə hələ qərar verməmişəm”, – deyə o qeyd edib.
Dünya Çempionatının seçmə mərhələsinin son ev oyununda Argentina millisi Messinin dubl etməsi ilə Venesuelanı məğlub edib.
Matçdan əvvəl o, milli ilə evdə son rəsmi oyunu olacağını açıqlamışdı. Argentina seçmə turnirdə birinci yeri və 2026-cı il dünya çempionatına vəsiqəni təmin edib./unikal