Mətanət EŞQDƏN YARIMADI: ”Ayağından öpdüm, yalvardım, amma o məni..."
“O, bu eşqi elə bir günə qoydu ki, dağım-dağım oldum”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Rəngarəng” verilişində deyib.
Şəxsi həyatı barədə gizlinləri bölüşən sənətçi, ağır eşq acısı çəkdiyi üçün bir müddət efirlərə çıxmadığını bildirib:
“Onun ayaqlarının altında diz çöküb ağlamışam. Demişəm ki, dünyanın ən bədbəxt qadını dayanıb qarşında, o səndən heç nə istəmir. Onun gözü nə cibindədir, nə surətindədir, nə də başqa bir şeyində. Onun yarasını sağalda bilirsənsə, gözünün yaşını quruda bilirsənsə, yanında ol.
Ola bilər gözəl deyiləm, eybəcər yerim var, amma bunu mənə demə. Yaşım səndən bir az böyük ola bilər, amma bunu mənə deyib, məni sındırıb, param-parça etmə. Amma o, məni elə bir günə qoydu ki… Məni elə bədbəxt etdi ki, gözümün yaşı qurumadı. Bir dənə ondan soruşdum ki, axı mən səndən nə istədim? Məni təhqir etdi, dedi ki, “elə belə də çürüyəcəksən”. Mən diz çöküb onun ayağından öpmüşəm. O, bu eşqi elə bir hala saldı ki, dağım-dağım oldum”.
Nehru













