!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Meta”nın bitməyən texniki problemləri niyə həll edilmir? – AÇIQLAMA

!Reklam – Yazi

Ötən aylardan bəri “Meta” şirkətinə bağlı olan sosial şəbəkə platformalarının alqoritmasında problem yaranıb. Belə ki, “Instagram” və “Facebook”a daxil olarkən müxtəlif texniki nasazlıqlar özünü göstərib. Dünən isə məsələ daha qabarıq şəkildə baş verib. İnsanlar saatlarla sözügedən sosial şəbəkələrə daxil ola bilməyib.

Yenicag.az xəbər verir ki, bu problem istifadəçiləri artıq “cana yığıb”.

Şirkətin məsul şəxsi açıqlama verib ki, bu tip texniki məsələlər müvəqqəti olur:

“Bu gecə yaranan texniki problemi mümkün qədər həll etməyə çalışdıq. İKT departamentimiz belə halların baş verməməsi üçün əlindən gələni edir”.

Qeyd edək ki, sosial mühitdə əvvəllər də texniki nasazlıqlar olurdu. Lakin indi cəmiyyətimizin əsas xəbər qaynağı internet və sosial şəbəkə platformaları olduğu üçün problem baş verdikdə dərhal çaxnaşma yaranır.

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv