!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat işçisi bıçaqlandı - Bakıda

!Reklam – Yazi

Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bıçaqlanan şəxsə həmin ərazidə yaşayan mətbuat işçisi Sakit Həsənovdur.

Bu barədə Sakit Həsənovun yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, hadisə avqustun 31-də axşam saatlarında baş verib.

Bildirilir ki, S.Həsənov qəzet bölgüsünə görə “Azərbaycan” Nəşriyyatına getmək üçün evdən çıxıb və təxminən 10-15 dəqiqdən sonra ailəsinə onun bıçaqlanması barədə məlumat veriblər.

O, evlərinin yaxınlığındakı mağazanın qarşısında iki nəfər naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbinə gəlincə, yaxınları deyiblər ki, S. Həsənov avtomobilinin qarşısında dayanmış şəxslərdən idarəetməni təmin etməsi üçün bir qədər kənara çəkilmələrini xahiş edib.

Naməlum şəxslər nəinki maşının önündən çəkiliblər, əksinə, ona hədə-qorxu gələrək, hücum ediblər.

Həmin şəxslər S.Həsənovu döyməklə yanaşı, ona 3 bıçaq zərbəsi vurublar: “Sakit Həsənov müxtəlif nahiyyəsindən 3 bıçaq zərbəsi alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) çatdırılaraq əməliyyat edilib. Hal-hazırda vəziyyəti ağır olaraq qalır. Huşu hələ də özündə deyil”.

Yaxınlarının sözlərinə görə, polis hadisə ilə bağlı ilkin araşdırma aparsa da, hələlik hadisəni törədənlər saxlanılmayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kamerası da var.

Xatırladaq ki, S. Həsənov ayrı-ayrı vaxtlarda müxtəlif qəzet redaksiyalarında yayım müdiri vəzifəsində çalışıb. O, hazırda mətbuat yayımı firmalarından birində məsul vəzifədə işləyir.

www.yenicag.az

4827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv