Mətbuat Şurasında MİTDİB-in (Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi) “Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə media nümayəndələri və ekspertlər, həmçinin sosial media fəalları iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən media eksperti Müşfiq Ələsgərli qeyd edib ki, bu sahədə mübarizəni gücləndirmək üçün ixtisaslı tədbirlər vacibdir.
Tanınmış jurnalist Araz Zeynalov isə bildirib ki, dezinformasiya yalnız günümüzün yox, hətta keçmişdən günümüzə qədər uzanan mənfi tendensiyalardan biridir. “Hazırda isə sosial şəbəkələrin inkişafı də ilə bu problem daha da qabarıq olaraq üzə çıxıb”, – deyə o qeyd edib.
Siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, xüsusilə 44 günlük Vətən müharibəsində ölkəmiz yalnız hərbi cəbhədə yox, qərəzli qüvvələr tərəfindən başladılan dezinformasiya müharibəsində də mübarizəni gücləndirdir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli bildirib ki, dezinformasiya ilə mübarizədə vəziyyətə uyğun qanunlar qəbul edilməli və qurum yaradılmalıdır.
Nəsimi Ələsgərli
www.yenicag.az