Reklam

Reklam

Bakı və Abşeron yarımadasında dekabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1610
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."