Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Metroda bir milyon adam boğulandan sonra nəyi həll edəcəklər?" - Fazil Mustafa

“Şəhərdə normal hərəkət etmək üçün metrodan rahat nəqliyyat yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında büdcə müzakirələrində deyib.

Fazil Mustafanın sözlərinə görə, şəhərdəki tıxac problemini aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidi.

“Neçə illərdir ki sərnişinlər metro qatarlarında havalandırma sisteminin olmamasından şikayətlənirlər. Biz bu barədə metropoliten rəhbərliyinə müraciət edəndə cavab verirlər ki, məsələ diqqətimizdədir və yaxın vaxtlarda həll edəcəyik. Mən başa düşmürəm ki, 1 milyon adam boğulandan sonra metro rəhbərliyi nəyi həll edəcək? Ümumiyyətlə hamımız görürük ki, şəhərdə normal hərəkət etmək üçün ən rahat nəqliyyat metrodur. Bakıda hər kəs – nazirlər, deputatlar, sıravi vətədaşlar da tıxacda qalıb min cür əziyyət çəkirik. Avtomobillərin sayı o qədər çoxalıb ki, küçədə rahat hərəkət etmək mümkün deyil. Buna baxmayaraq, Bakıda yeni metro stansiyaların açılışı yubanır. “Papanin”də, Bakıxanovda metro stansiyalarının açılışı nəzərdə tutulsa da, onlar hələ ki istifadəyə verilməyib”.

Fazil Mustafa daha sonra “uşaq pulları”nın bərpa olunmasının, o cümlədən şəhid ailələrinə veriləcək “qan pulu”nun ödənişində yaranan problemlərin təcili qaydada aradan qaldırılmasının zəruriliyi bildirib.

A.Zeynalov

www.yenicag.az

7201
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100