Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

media-hightechnic-468x90

“Bakı Metropoliteni” QSC metropolitendə gedişhaqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir.

Yenicag.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, gedişhaqqı ilə bağlı Bakı metropoliteni Tarif Şurasına müraciət etməyib.

“Ümumiyyətlə, bildirmək istəyirik ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən, maliyyə hesabatını təqdim edir. Bununla belə, gedişhaqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb”, – B. Məmmədov deyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa