Metroda gedişhaqqı arta bilər

media-hightechnic-468x90

metro_06512 (1)Bakı metropolitenində hazırkı gedişhaqqı rentabilli deyil. Bu barədə Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirib. Onun sözlərinə görə, hazırda metropolitenində gedişhaqqı 20 qəpikdir.

media-banner_tuq

“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, – deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 may” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq. (anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05