Metroda ölən şəxsin kimliyi bəlli oldu

media-hightechnic-468x90

metro-600Bu gün səhər saatlarında metronun “Gənclik” stansiyasında ölüm faktı qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, həyatını itirən şəxs 1951-ci il təvəllüdlü, Göyçay rayon sakini Bağırov Sabir Balamirzə oğlu olub.

“Hadisə 08:03 radələrində qeydə alınıb. Mərhum özünü pis hiss edib. Metropoliten əməkdaşları vəziyyəti pisləşən sərnişinə ilkin yardım göstərsələr də, təcili tibbi yardım gələnə kimi artıq vəfat edib”, – deyə N. Paşayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, artıq hüquq-mühafizə orqanları da hadisə yerində olub və müvafiq araşdırma aparıblar.

Mərhumun meyiti ailə üzvlərinə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600