ABŞ-da 17-ci ənənəvi “Şalvarsız metro səyahəti” aksiyası keçirilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə “Improve Everywhere” qrupu tərəfindən Nyu-Yorkda təşkil olunan daha sonra isə dünyanın müxtəlif şəhərlərində keçirilməyə başlayan aksiyanın builki iştirakçıları say etibarilə olduqca çox olub.
-10 dərəcə soyuğa fikir verməyən aksiya iştirakçıları metroda şalvarlarını çıxaraq yarıçılpaq şəkildə hərəkət ediblər. Onlar yolüstü stansiyalarda enib başqa qatarlara minərək daha çox insanın diqqətini cəlb etməyə çalışıblar.
Ənənəvi aksiyadan xəbərsiz olan digər sərnişinlər isə gördükləri mənzərə qarşısında heyrətə düşüblər. Aksiya iştirakçıları “Şalvarını niyə geyməmisən?” sualına gülməli cavablar veriblər: “Şalvarımı geyməyi yaddan çıxarmışam”, “Qlobal istiləşməyə etiraz edirəm”, “Şalvarım islanıb” və.s.
Onlar metrodan çıxdıqdan sonra da qara və soyuğa fikir vermədən alt paltarları ilə gəzməyə davam ediblər.
Qeyd edək ki, daha əvvəlki illərdə polis aksiyaçılarını saxlamış, lakin məhkəmə şalvarsız gəzməyin qanunlara zidd olmadığını bildirərək onları sərbəst buraxmışdı.