ABŞ-nin Meyn ştatında Azərbaycan və Türkiyə diasporunun dostluq münasibətlərinə həsr olunmuş icma toplantısı keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Meyn Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov bildirib ki, açıq havada təşkil olunmuş toplantıda bu ştatdakı Azərbaycan və türk icmalarının birgə fəaliyyəti nəticəsində əldə olunan uğurlardan danışılıb, “bir millət, iki dövlət, vahid diaspor” prinsipi əsasında həyata keçirilməsi nəzərdə tutulan gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tədbir mədəniyyət irsimizi əks etdirən musiqilərin səsləndirilməsi və milli mətbəx nümunələrimizin təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, iki icmanın açıq havada dostluq toplantıları ötən ildən başlayaraq keçirilir.
www.yenicag.az