!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Meyxanaçı Kərimin OĞLU: “Nə qədər söhbət etməyə cəhd etsək də...”

!Reklam – Yazi

“Atam özünə qapılıb, o əhval-ruhiyyəsi yoxdur ki, kimisə görmək istəsin, ya da arzulasın”.

Bunu insult xəstəliyindən əziyyət çəkən ustad meyxanaçı Kərimin səhhəti barədə danışarkən oğlu Kamil Novruzov Yenicag.az-a açıqlamasında deyib.

O, atasının yataq şəraitində xəstəliklə mübarizə apardığını bildirib:

“Atamın səhhətində heç bir dəyisiklik yoxdur. Vəziyyəti dəyişməz olaraq qalır. Özünə qapanıb. Nə qədər onunla söhbət etməyə cəhd etsək də, cavab verməkdən boyun qaşırır. Dəfələrlə təkid edirik, uzun cəhdlərdən sonra çox qısa cavablarla kifayətlənir”.

“Kərim hansısa sənət dostunu görməyi arzulayırmı?”, – sualına Kamilin cavabı belə olub:

“Yox, ümumiyyətlə, o ovqatda deyil ki, kimisə görmək istəsin, ya hansısa sənətçi dostunu arzulasın”.

Cəvahir

COP29

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv