Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Microsoft" səsli köməkçisinin mobil cihazlardakı dəstəyini dayandırır

Microsoft şirkəti özünün Cortana adlı səsli köməkçisini hələ 2014-cü ildə təqdim etmişdi.

Lakin 5 ildən sonra şirkət bu səsli köməkçinin smartfonlarda dəstəyinin dayandırılması qərarını verib.

Şirkətin Cortana üzrə korporativ vitse-prezidenti olan Andrew Shuman-ın sözlərinə əsasən səsli köməkçinin iOS və Android versiyaları Avstraliya, Kanada, Almaniya, Çin, Hindistan, Meksika, İspaniya və İngiltərə regionlarında dəstəyi dayandırılır. İstisna olaraq ABŞ bazarı çıxış edəcək.

Belə ki, bu bazarda şirkətin Surface Headphone və Harman Kardon Invoke kimi məhsulları Cortana-sız funksionallıqlarını itirəcəklər. Şirkətin gələcək planlarında isə Windows, iOS və Android üçün Surface Audio adlı alternativ tətbiqin istifadəyə verilməsi var.

Bundan əlavə olaraq şirkətin top meneceri onu da qeyd edib ki, Microsoft hal hazırda mətnin səsli qeyd edilməsi texnologiyası və Cortana-nın bir çox Microsoft Office paketlərinə inteqrasiyası üzərində çalışır. Şirkət təmsilçisinin sözlərinə əsasən Cortana-nın mobil cihazlarda dəstəyinin dayandırılmasının əsas səbəbi isə bu səsli köməkçinin şirkət məhsullarına lazımi səviyyədə inteqrasiya olunmaması və onun məqsədəuyğun yerlərdə istifadənin qeyri mümkünsüzlüyüdür./Technote/

Loading...

www.yenicag.az

460
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100