“Milan”da 5 illik müqavilə

media-hightechnic-468x90

“Milan” müdafiəçisi Matteo Qabbia ilə müqaviləni uzatmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər sözləşmənin uzadılması barədə razılığa gəliblər.

Yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Qabbianın sözləşməsi isə 2026-cı ilin yayına qədərdir. “Transfermarkt2 portalı 25 yaşlı italiyalının dəyərini 12 milyon avro olaraq qiymətləndirib.

Qeyd edək ki, bu mövsüm Qabbia “Milan”ın heyətində bütün yarışlarda 7 matçda 1 qol vurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600