!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkili: "Sarkisyanın həbsi məsələsi aktuallaşıb"

!Reklam – Yazi

“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın həbs edilərək məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu bəyanat verməli, onun beynəlxalq axtarışa verilməsilə bağlı addımlar atmalıdır. Bundan sonra beynəlxalq axtarış nəticə verəcəyi təqdirdə, “qırmızı bülleten”lə axtarışına şərait yaranarsa, ondan sonra həmin caninin həbsi istiqamətində prosesi irəlilətmək olar”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.  O, hakimiyyətdən kənarlaşdırılan Ermənistanın keçmiş dövlət başçısı, Xocalı soyqırımını törədilməsində əli olan Serj Sarkisyanın artıq məsuliyyətə cəlb edilməsi istiqamətində real addımların atılmasının vacibliyinə münasibət bildirib:

“Azərbaycan Baş Prokurorluğu tərəfindən Sarkisyanın Xocalıda törətdiyi əməlləri cinayət əməli kimi təsdiqini tapıb. İndi isə Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra həmin proseduru reallaşdırmaq imkanı yaranıb və məsələni gündəmə gətirməliyik. Ən azından məsələni ortaya qoymağa çalışmalıyıq ki, sonra nəticə doğura biləcək addımlar atmaq mümkün olsun. Ona görə də məsələ aktuallaşıb. Məsələni siyasi gediş olaraq diqətdə saxlamaq vacibdir”.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də qeyd edib ki, imkan düşən kimi Sarkisyan məsuliyyətə cəlb ediləcək: “Onsuz da Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən həm Xocalı soyqırımı, həm də Qarabağda erməni işğalçıları tərəfindən törədilən digər vəhşiliklərlə bağlı çoxsaylı cinayət işi qaldırılıb. Bütün bu cinayət işlərində də Sarkisyanı məsuliyyətə cəlb etmək üçün yetərli əsaslar var. Prokurorluq orqanları əlbəttə ki, imkan düşən kimi həmin şəxsi cinayət məsuliyyətinə cəlb edəcək. Yəni bununla bağlı bir problem yoxdur. Bu proseslərdə birbaşa Sarkisyan və vaxtilə vəzifə tutmuş digər ermənilərin iştirakı ilə bağlı yetərincə ifadələr var. Onlar canidirlər, qətllər törədilməsində iştirak ediblər, insanların öldürülməsinə birbaşa əmr veriblər. Belədə onlar məsuliyyətə cəlb edilməlidirlər. Sarkisyanın hər hansı bir yerdə mümkün olduğu təqdirdə həbs edilib, Azərbaycana gətirilməsilə bağlı hər hansı bir maneə yoxdur. Sarkisyanın əməli bəşəriyyətə qarşı soyqırım cinayətidir. Soyqırım cinayətilə bağlı da onu törədənin məsuliyyətə cəlb edilməsi məsələsində hər hansı bir müddət yoxdur, proses sona qədər davam edəcək.  İlk imkan yaranan kimi Sarkisyan və onun kimi digər cinayətkarlar həbs edilərək məsuliyyətə cəlb ediləcəklər”.

Qeyd edək ki, Xocalı soyqırımını törətməkdə birbaşa əli olan düşmən ölkənin devrilmiş rəhbəri Sarkisyana qarşı Azərbaycanda cinayət işi açılıb. Düzdür, onun prezidentliyi dövründə Sarkisyanı real olaraq məsuliyyətə cəlb etmək mümkün olmayıb. Amma indi həmin şəxs hakimiyyətdən uzaqlaşdırılıb. Belə olan halda isə, Sarkisyanın həbsi məsələsi aktuallaşır.

ELÇİN

COP29

www.yenicag.az

3192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv