Millət vəkilləri 1 maya qarşıdır

media-hightechnic-468x90

11124607_10205552033712953_1491360938_nAsim Mollazadə: “Sovet ideoloji bayramlarına diqqət yetirməyə ehtiyac görmürəm”

Fəzail Ağamalı: “Ehtiyac yoxdur”

Sabah may ayının 1-dir. Sovet dönəmində həmin gün zəhmətkeşlərin həmrəylik bayramı kimi təntənəli şəkildə qeyd olunurdu. Artıq həmin bayram tarixə qovuşub. Amma bununla belə bir sıra ölkələrdə, elə qonşu Rusiyada mayın 1-i zəhmətkeş günü kimi qeyd olunmaqdadır. Görəsən, Azərbaycanda həmin bayramın bərpa edilməsinə necə baxırlar?

Yenicag.az-a açıqlamasında millət vəkili Asim Mollazadə buna ehtiyac görmədiniyi söylədi: “Azərbaycanın ictimai-siyasi fikrində bir konsensus mövcuddur ki, kommunist ideologiyası və həmin totalitar rejim Azərbaycan xalqının mənəvi və milli dəyərlərinə zidd olub. Bunu ölkədə fəaliyyət göstərən bütün əsas ictimai-siyasi təşkilatlar dəfələrlə ifadə edib. Ona görə də sovet ideoloji bayramlarına diqqət yetirməyə ehtiyac görmürəm. Ölkəmizin kifayət qədər milli dəyərləri var”.

Millət vəkili Fəzail Ağamalı da bu məsələyə mənfi münasibətilə yadda qaldı: “1 mayın bayram tədbiri olaraq bərpa edilməsinə ehtiyac yoxdur. Onsuz da bayramlarımız kifayət qədər çoxdur. Ölkəmizin qeyd etdiyi bayramlar arasında Novruz bayramı var. May ayı ulu öndərimizin anadan olduğu gündür. Bu da millətimiz üçün böyük bayramdır. 28 may Respublika günüdür. Bundan gözəl bayramlar ola bilməz. Ona görə də 1 mayın bərbasına, onun zəhmətkeş şüarları altında yenidən dirçəldilməsinə ehtiyac görmürəm”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600