Milli Məclisin bu şöbələri ləğv edildi

media-hightechnic-468x90

Milli Məclis Aparatının iki şöbəsi ləğv edilib.

Yenicag.az xəbər verir ki, Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv edilərək Ümumi şöbəyə birləşdirilib.

Qeyd edək ki, Komitə və komissiyalar ilə iş şöbəsinin müdiri Şahin Mansurov, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə olub.

Xatırladaq ki, Ümumi şöbənin müdiri Təlatüm Quliyev vəzifəsindən azad edilib, bu vəzifəyə Ümumi şöbənin müdir müavini olmuş Gülnarə İsmayılova təyin edilib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa