Milli Məclisin büdcəsi artdı

media-hightechnic-468x90

50739Milli Məclisin xərclər smetasına dəyişikliklər edilib.

Bununla bağlı Maliyyə naziri Samir Şərifov parlamentdə çıxış edərkən bildirib. O bildirib ki, hökumət Milli Məclisin xərclərini nəzərə alaraq əlavə 450 min manat vəsaitin artırılmasını məqsədəuyğun hesab edilir. Bununla da Milli Məclisə xərclər smetası artıralaraq 23 milyon 807 milyon manata çatdırılacaq.

***

Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə paketi səsverməyə çıxarılmamışdan əvvəl millət vəkillərinin üç günlük müzakirələrdə səsləndirdiyi təkliflərə hökumətdə baxıldığını və büdcədə bəzi dəyişikliklər edildiyini nəzərə çatdırıb.

Nazirin bildirdiyinə görə, hökumət millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təkliflərini nəzərə alaraq bu xərcləri 8 milyon manata artlırılmasını məqbul hesab edir: “Artım baş verdikdə bu 150, 5 milyon manat təşkil edəcək”.

Həmçinin nazir siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı vəsaitin artırılması təkliflərinin nəzərə alındığını bildirib:” 2014- cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Bu məqsədlə qanunun 17.1 maddəsinə düzəliş edilməlidir. Bunun tam məbləğdə partiyalar arasında bölüşüdürülməsini nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq. Bununla yanaşı, Qeyri hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Millət vəkillərinin fikirlərini əsas götürərək əlavə 600 min manat artırılması təklifini hökumət qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə olan qayğının təzahürü kimidir.

Bələdiyyələrə nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı deputatlar təkliflər irəli sürüb. Bir neçə ilə ərzində bələdiyylərin ayrılan vəsaitin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89 təşklil edib. Bələdiyyələrin gəlirləri əsasənn əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi idi. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil. Bələdiyyələr daha yaxşı imkanlar yaradılmalıdır ki gəlir əldə etsinlər. Bununla da bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq”.

Qeyd edək ki, iclasda müzakirlərdən sonra 2015- cilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin səs verməsi keçirilib və qəbul edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600