İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Yenicag.az xəbər verir ki, deputatlar məlumatla bağlı fikirlərini bildiriblər.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
***
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunur.
Yenicag.az xəbər verir ki, hesabatı daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.
Xatırladaq ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.
***
Milli Məclisin növbəti iclası başlayıb.
Yenicag.az xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib.