Milli Məclisin yüksək vəzifəli şəxsi işdən azad edildi

media-hightechnic-468x90

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

media-banner_tuq

Yencga.az xəbər verir ki, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. 70 yaşı tamam olmazdan bir gün əvvəl Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05