“Milli Net 2014” internet mükafatı üzrə müsabiqəyə start verilib

media-hightechnic-468x90

thumb_millinet_925Bu gündən Azərbaycan İnternet Forumu “Milli Net 2014” internet mükafatı üzrə müsabiqəyə start verib.

Təşkilat Komitəsindən  bildirilib ki, müsabiqə internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarını üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək məqsədi daşıyır. İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz internet resurslarını və layihələrini təqdim edə bilərlər. Qeydiyyat noyabrın 25-də başa çatacaq.

Milli internet resurslarının builki yarışmasına yeni nominasiyalar – “Qarabağ haqqında saytlar” və “Mobil tətbiqlər” daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” adlandırılıb. On dörd nominasiya üzrə keçiriləcək müsabiqədə korporativ, ictimai-sosial, media və informasiya, mədəniyyət, incəsənət və turizm, eyni zamanda, elm və təhsil, elektron-hökumət və digər sahələr üzrə saytlar iştirak edəcək.

Dekabrın 15 -dək davam edəcək qiymətləndirmə prosesi münsiflər heyəti tərəfindən aparılacaq və nəticələr www.millinet.az saytında yerləşdiriləcək. Qaliblərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı, diplomlar və qiymətli hədiyyələr veriləcək. Təqdimat mərasimi dekabrın sonlarında keçiriləcək.

Müsabiqəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell” və “Delta Telekom” şirkətləri dəstək verirlər.

Ətraflı məlumat www.millinet.az saytında yerləşdirilib. (azernews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600