Milli parkda ov edən şəxslər cəzalandırıldı

media-hightechnic-468x90

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Yenicag.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinləri Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb:

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa