Milli Qəhrəmanın oğlu Avropa çempionu oldu - VİDEO

media-hightechnic-468x90

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

Yenicag.az xəbər verir ki, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.

Mükafatlandırılma mərasimində Azərbaycan təmsilçisinin şərəfinə Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, yarışda 3-cü yeri slovakiyalı Ratislav Tomaqa tutub.

https://youtu.be/-dY5o18DrGI

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600