!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli ruha malik Anadolu mediası hər zaman Azərbaycanın yanındadır” - Sinan Burhan

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, 21-22 oktyabr tarixləri arasında Türkiyənin Rizə şəhərində 31 ölkənin media nümayəndəsinin qatıldığı Beynəlxalq Media Şurası keçirilib. Tədbirin təşkilatçıları Anadolu Yayınçılar Dərnəyi və Qaradəniz Xəbər Agentliyi idi. Türkiyədə Üçüncü Beynəlxalq Media Şurasını gerçəkləşdirməyə nail olan AYD Türkiyədə Anadolu mediası adlandırılan əksər yerli telekanalları özündə birləşdirən birlikdir. Belə ki, 40-dan çox yerli telekanal təşkilatın üzvüdür.

Müsahibim də Anadolu Yayınçılar Dərnəyinin başqanı Sinan Burhandır. AYD başqanı Yenicag.az-a müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərini, iki qardaş ölkə arasında əlaqələrin pozulmasına yönəlik fəaliyyətləri dəyərləndirib.

– Artıq üçüncü dəfə təşkil olunan Media Şurası ilə bağlı dəyərləndirməniz necədir?

– Anadolu Yayınçılar Dərnəyi olaraq, beynəlxalq bir toplantı keçiririk. Artıq üçüncü dəfə keçirtdiyimiz tədbirin təşkilində məqsəd yerli, milli və beynəlxalq media arasında məlumat, əlaqə və həmrəylik bağlarını gücləndirmək, təcrübə mübadiləsi aparmaqdır.

Bundan başqa, müxtəlif ölkələrdəki ümumi vəziyyətlə bağlı məlumat əldə etmək də tədbirin məqsədləri sırasındadır. Eyni zamanda, yerli və milli media quruluşları arasında həmrəyliyin gücləndirilməsinə də çalışırıq.

Düşmənlərimizin bu gün də, sabah da mövcud olacağı mürəkkəb bir coğrafiyada yaşayırıq. Bu mənada mövqeləri üst-üstə düşən həmkarlarımızın bir araya gəlmələri, qlobal prosesləri müzakirə etmələri, milli, yerli, İslam və Türk dünyasındakı jurnalistlərin bir arada olması bizim üçün çox əhəmiyyətlidir.

Burada həmçinin, qonaqları Türkiyənin mədəniyyəti və turizmi ilə də tanış edirik. Rizəyə iqtisadi dəyər vermək, Rizənin yaylaqlarını, dənizini, çaylarını tanıtmaq, Rizə sənətkarlarına sosial-iqtisadi fayda vermək məqsədi ilə belə bir toplantı təşkil etdik.

Dolayısı ilə siyasət, iqtisadiyyat, mədəniyyət kimi məsələlərin müzakirəyə çıxarıldığı, qardaşlığın təbliğ olunduğu bu toplantılarımızı təşkil edərək, yenə mühüm fəaliyyətləri həyata keçiririk. Bu tədbiri dəstəklədiyinə görə, hörmətli baş nazirimiz Binəli Yıldırıma da minnətdarlığımı bildirirəm.

Türk-İslam dünyasına böyük dəstək verən, buradakı dostluğun-qardaşlığın məhkəmlənməsinə çalışan prezidentimiz Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik. Eyni zamanda, tədbirə qatılan azərbaycanlı qardaşlarımıza da təşəkkürümüzü bildiririk.

Biz Anadolu Yayınçılar Dərnəyi olaraq, hər zaman “Bir millət, iki dövlət” prinsipinə sahib çıxan qurumuq. Türkiyə-Azərbaycan qardaşlığı hamıya məlumdur. Biz dosta-düşmənə qarşı hər zaman qardaşlarımızla birlikdəyik, ermənilər tərəfindən məruz qaldıqları soyqırımda onların yanındayıq.

Ermənilərin Avropada, Amerikada onları dəstəkləyən diasporaları olduğu kimi, biz də qardaş ölkə olan Azərbaycanı dəstəkləyirik. Ermənilərin törətdikləri qətliamları, zülmləri qınayırıq. Burada iştirak edən azərbaycanlı həmkarlarımızla birlikdə qardaşlıq bağlarını daha da möhkəmləndiririk. Sizə də təşəkkür edirəm.

– Xüsusilə son zamanlarda həm Türkiyə, həm də Azərbaycanda bu qardaşlığın pozulmasına yönəlik fəaliyyətlərin şahidi oluruq. Anadolu Yayınçılar Dərnəyinin rəhbəri olaraq, bu barədə nə düşünürsüz?

– Bu məsələlər əvvəllər də olub. Sadəcə, Azərbaycana qarşı deyil, bu torpaqlarda milli, Türkiyəyə və İslama aid olan hər şey zaman-zaman mühakiməyə, fitnələrə vəsilə olub. Ancaq Türkiyədəki Anadolu kanalları bu tələyə düşməzlər. Milli media mənsubları Azərbaycan və Ermənistan arasındakı münaqişəyə “Fransadakı, yaxud da Amerikadakı erməni diasporası nə deyər?” formasında baxmaz.

Azərbaycan bizim qardaşımızdır, biz “Bir millət, iki dövlət” anlayışına sahibik. Yerli telekanallar bu tip təbliğatın təsirinə heç vaxt düşməzlər. Anadolu kanalları milli ruha malikdir, yerlidir və Azərbaycan xalqının yanındadır. Heç kim bu dostluğu poza bilməz. Biz də Anadolu mediası olaraq, bu dostluğun mənafeyi naminə həmişə ayaqdayıq.

Söhbətləşdi: Aqil Ələsgər
Qələmə aldı: Araz Zeynalov
Rizə, Türkiyə

www.yenicag.az

1964
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv