Milli Şura və Müsavat partiyasının təşkil etdiyi mitinq başlayıb.
Yenicag.az xəbər verir ki, bu gün saat 15:00-də Məhsul stadionununa təyin edilmiş müxalifətin birgə mitinqi müxalif liderlərin gecikməsi ilə əlaqədar təyin edildiyi vaxtdan 20 dəqiqə sonra başlayıb.
Tirbunada Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat partiyası başqanı Arif Hacılı və digərləri yerini alıb.
Gözlənildiyinin əksinə olaraq və digər mitinqlərə nəzərən müxalifətin birgə mitinqində iştirakçılarının sayı azlıq təşkil edir.
Səxavət Məmməd
www.yenicag.az