Reklam

Reklam

Bu gün Milli Məclisin iclasında Bakı şəhər İcra hakimiyyətinin Milli Şuranın 10 mart mitinqinə sanksiya verməsi qanun pozuntusu kimi qiymətləndirilib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən millət vəkili, prezidentliyə namizədliyi irəli sürülən Qüdrət Həsənquliyev Bakı şəhər icra hakimiyyətinin Milli Şuranın 10 mart mitinqinə şərait yaratmasına kəskin etirazını bildirib. O, bunu prezident seçkiləri ərəfəsində maraqlı tərəflərin hüquqlarının pozuntusu kimi qiymətləndirib.

Qüdrət Həsənquluyev

“Biz burda seçki məcəlləsinə dəyişikliyi müzakirə edirik, amma Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın 10 mart mitinqinə icazə verir. Bu, seçki məcəlləsinin kobud surətdə pozulmasıdır. Məcəllədə açıq şəkildə göstərilib ki, prezident seçkilərində təşviqat səsverməyə 20 gün qalmış aparıla bilər. Ancaq Bakı şəhər İcra Hakimiyyəti bunu nəzərə almayaraq, Milli Şuranın 10 mart mitinqini sanksiyalaşdırıb. Bəd uğur, savadsız, öz tərəfdarlarını ancaq məğlubiyyətinə aparan Əli Kərimlinin mitinqi bizi qətiyyən narahat etmir. Bizi narahat edən qanunların pozulmasıdır. Martın 19-dan etibarən təşviqat kampaniyası başlayacaq. Ondan sonra istəsələr, hər gün mitinq etsinlər. Ancaq indiki halda qanunların pozulmasına imkan vermək olmaz”.

Araz Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 896
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."