Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.
Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə qurumun prezidenti Rövnəq Abdullayev açıb.
Assosiasiya rəhbəri əvvəlcə ölkəmizdə baş tutacaq Avropa Liqasının final görüşü barədə danışıb.
Bunun üçün hər bir şərait yaradıldığını bildirən Rövnəq Abdullayev futbol ictimaiyyəti adından Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.
Qurum rəhbəri daha sonra klublarımızın arokuboklardakı çıxışından söz açıb və “Qarabağ”ın Avroliqanın qrup mərhələsində mübarizə aparmasını xatırladıb: “Bu, bizim üçün sevindirici məqam oldu. Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram”.
Emin
www.yenicag.az