Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Millimizin futbolçuları avtoqraf paylayacaq

Reklam: Sinerji Pro

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza gününün qonaqları bəlli olub.

Yenicag.az xəbər verir ki, sabah millimizin və “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunacaq. Tədbir saat 19:00-da “Avropa Liqası muzeyi”ndə keçiriləcək.

Dekabrın 27-i saat 19:00-da isə yığmamızın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun muzeydə imza günü baş tutacaq. Muzey ziyarətçiləri imza günündə futbolçularımızla yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

www.yenicag.az

1575
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100