!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin Kosovo ilə oyunu ləğv olundu

!Reklam – Yazi

UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.

Belə olan halda Qurban Qurbanovun çalışdırdığı millimiz Antalyadakı hazırlıq prosesi çərçivəsində sadəcə, yanvarın 30-da Moldova yığmasına qarşı keçirəcəyi yoxlama oyunu ilə kifayətlənəcək.

www.yenicag.az

1253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv