Dünyanın ikinci ən böyük milyarderi Uorren Baffet “Cadillac DTS” markalı avtomobilini xeyriyyə auksionuna çıxarıb. Avtolent.az-ın məlumatına görə, auksion “Proxibid.com” saytında fevralın 11-dən 18-ə kimi keçiriləcək.
8 silindrli avtomobil 275 at gücünə malikdir. Milyarder avtomobilin yeganə sahibi olub və maşın bu günədək 20 min 310 mil yol qət edib. Milyarder maşının saxlanc yerinin qapısına öz imzasını atıb.
Avtomobilə ilkin qiymət də qoyulub (10 min dolar). Satışdan əldə ediləcək vəsait “Girls İncorporated of Omaha” ictimai təşkilatına bağışlanacaq.
Qeyd edək ki, “Forbes”ə görə, dünyanın 400 ən varlı adamları siyahısında olan Uorren Baffetin sərvəti 68 milyard dollar dəyərində qiymətləndirilir.
www.yenicag.az