Reklam

Reklam

“Blumberq” agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində “Microsoft” qurucusu Bill Qeyts (85,6 milyard dollar), ikinci yerdə amerikalı sərmayədar Uorren Baffet (78,9 milyard dollar), üçüncü yerdə “Amazon” rəhbəri Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb.

İlk onluqda “Inditex ” şirkətinin sabiq prezidenti Amansio Orteqa (69,3 milyard dollar), “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq (59,1 milyard dollar), meksikalı biznesmen Karlos Slim (53 milyard dollar), Çarlz və Devid Kox qardaşları (48,1 milyard dollar), “Koch Industries” korporasiyasının səhmlərinin əsas hissəsinin sahibi, “Oracle” korporasiyasının rəhbəri Larri Ellison (45,3 milyard dollar) və IKEA qurucusu İnqvar Kamprad (42,9 milyard dollar) daxildir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."