Reklam

Reklam

“Bütün inkişaf etmiş ölkələrdə elmi tədqiqat işləri universitetlərdə aparılır. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyası nüfuzlu bir universitetə çevrilməlidir”.

Yenicag.az xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Qüdrət Həsənquliyev deyib.

Ali Attestasiya Komissiyasının ləğv olunmasını təklif edən namizəd qeyd edib ki, dünyanın heç bir inkişf etmiş ölkəsində belə bir nümunə yoxdur:

“Universitetlərin özləri elmi ad verirlər, professorlar təyin edirlər. Müdafiə şuraları buna görə ciddi məsuliyyət daşıyır. Bundan başqa xüsusi təyinatlı, hərbiləşdirilmiş akademiyalar istisna olmaq şərti ilə dövlət universitetləri özəlləşdirilməlidir”.

Azərbaycanda iri maliyyə tutumlu idman yarışlarının keçirildiyini deyən Qüdrət Həsənquliyev təklif edib ki, bu cür tədbirlərin keçirilməsi dayandırılmalıdır:

“Bizim neft gəlirlərimiz azalıb. Dövlət hesabına milyonluq idman obyektlərinin tikintisi, yarışların keçirilməsi dayandırılmalıdır. Bütün bu xərclər təhsilə yönəldilməlidir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 669
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."