!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minaya düşən ANAMA əməkdaşının VƏZİYYƏTİ açıqlandı - FOTO / YENİLƏNDİ

!Reklam – Yazi

zərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 6-da minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub. Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

***

ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Fərid Əliyev hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasından müalicə üçün Gəncə Şəhər Mərkəzi Xəstəxanasına aparılır.

Hazırda F.Əliyevin vəziyyəti qənaətbəxşdir.

***

ANAMA əməkdaşı Fərid Əliyev mina partlayışı zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, o, hazırda tibbi müayinədən keçirilir.

ANAMA vətəndaşları işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırıb:

“İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq.

Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

www.yenicag.az

988
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv