Mingəçevir yolları üçün 1.5 milyon manat ayrıldı — TENDER
Mingəçevirdə yolların təmiri üçün 1,5 milyon manatlıq tender elan olunub
Yenicag.az xəbər verir ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhər ərazisində yolların cari və əsaslı təmiri işlərinin satınalınması ilə bağlı açıq tender elan edib.
Satınalan qurumun VÖEN-i 2700153961, hüquqi ünvanı isə Mingəçevir şəhəri, H.Əliyev prospekti 28/12-dir.
“Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərinin satınalınması” adlanan müsabiqənin ehtimal olunan qiyməti 1 509 918,56 manat təşkil edir.
Tender 18 fevral 2026-cı il tarixində elan olunub. Təkliflərin son təqdim olunma tarixi 19 mart 2026-cı il saat 20:00 müəyyən edilib. Zərflərin açılışı da həmin tarix və saatda baş tutacaq.
Yenicag.az













