Mingəçevirə 6 milyon pul ayrıldı

media-hightechnic-468x90

11ilham-eliyev-muraciet-eddPrezident İlham Əliyev Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

media-banner_tkm

Ölkə başçısının sərəncamına əsasən, Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmiri məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 1,0 (bir) milyon manat ayrılıb.

Prezident həmçinin Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam verib.

Sərəncama müvafiq olaraq, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən on min nəfərdən çox əhalinin yaşadığı “Günəşli”, “Bağlar” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən ümumi uzunluğu 10 kilometr olan dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05